Aqil Abbas Bəhmənlinin müdafiəsinə qalxdı: “Az qalırlar assınlar”

 



 

“Azərbaycanda barmaqla sayılan 3-4 şair var ki, onlardan biri də Vaqif Bəhmənlidir”.

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O, Vaqif Bəhmənlinin müdafiəsinə qalxıb: “Baxıram, hamı düşüb Vaqifin üstünə, nə gəldi yazırlar, naziri tərifləyirlər. Nazirin belə təriflərə ehtiyacı yoxdur. Ürəyindən gəlib, ovqat tutub, o da şeiri yazıb. Nə istəyirlər Vaqif Bəhmənlidən? Hələ bir Vaqifin şeirlərini oxusunlar. Ramiz Rövşən, Vaqif Bəhmənli Azərbaycan poeziyasının elitalarıdır. Yazıb-yazıb da, bu şeirə görə az qalırlar Vaqifi dar ağacından assınlar. Mən mətbuata səslənirəm, bunu müzakirə etmək düzdün deyil”. 

Qeyd edək ki, Vaqif Bəhmənli Mədəniyyət və Turizm naziri Ə.Qarayevə “Hamıya yaxşılıq” adlı şeir yazıb. Nazir isə bu şeirə görə şairə töhmət verib. 
Azərtaym.az


 
 
 






Fikirlər