“Riyad Əliyevə qarşı yazıların sifarişini o verib” - “Saxta ittihamlarla məni 12 il azadlıqdan məhrum etdirdi...”

Məlum olduğu kimi, mərhum akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyev məhkəməyə müraciət edib. O, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı mülki çəkişmə bir neçə məhkəmə instansiyasında davam edir.

Riyad Əliyev atasının əmlaklarını ələ keççirilməndə İlqar Əliyevin keçmiş şəriki olmuş İlham Məmmədovu ittiham edir.

Qeyd edək ki, İlham Məmmədova qarşı belə ittiham irəli sürən tək Riyad Əliyev deyil. “EKO-SERVİS KO MMC”-nin təsisçilərindən biri olan Abdullayev Böyükağa Abdulla oğlu “AzPolitika.info”-ya bir zamanlar Aqil Əliyevin yaxın adamlarından olmuş İlham Məmmədovun ona və ölkə başçısının əmisi oğlu Riyad Əliyevə qarşı törətdiyi əməllərə dair məktub ünvanlayıb.

Məktubda İlham Məmmədov bir sıra qanunsuz əməllərdə ittiham edilir: “10.08.2022-ci il tarixdə mətbuatda yayımlanan “Prezidentin əmisi oğlunun əmlaklarını kimlərələ keçirmək istəyənlər kimlərdir ” başlıqlı məqalədən belə başa düşdüm ki, Riyad Əliyev rəhmətlik babası Aqil Əliyevin və sonradan atası İlqar Əliyevin keçmiş şəriki olmuş İlham Məmmədova qarşı İddia qaldırıb. Babası Aqil Əliyev və atası İlqar Əliyev tərəfindən İlham Məmmədova və digər şəxslərə verilmiş etibarnamələrin ləğv edilməsini və etibarsız hesab olunmasını məhkəmədən xahiş edib.

Yasamal rayon Məhkəməsində, hakimi Günel Əkbərlinin sədirliyi ilə keçrilən Məhkəmə iclasında, Riyad Əliyev demişdir ki, atasının və babasının yanında olan bəzi şəxslər onlara məxsus əmlakları ələ keçirməklə varlanıblar və şirnikləşərək ilham Məmmədova qoşulublar. Bundan sonra daha da çox əmlaklar ələ keçirmək, mənimsəmək istəyiblər. İşin içində olan və İlham Məmmədovlara qarşı amansız mübarizə aparan bir şəxs olaraq deyirəm ki, Riyad Əliyev düz deyir, hələ az deyir...”


İlham Məmmədov

B.Abdullayev İ.Məmmədovun əməllərinə hələ hələ 2006-cı ildən etiraz etdiyini, susmadığını bildirir və hətta onu ağır cinayətlərdə ittiham edir: “İlham Məmmədovun Aqil Əliyevin əmlaklarını ələ keçirdiyi barədə, 2006-cı ildən (Aqil Əliyevin vəfatından sonra ) bu günə kimi mən danışmışam, susmamışam. Bu barədə mətbuatın arxivlərini qaldırın, mənim yazılarım dərc edilmişdir. İlham Məmmədov məni aradan götüzdürə və heç cür susdura bilmədiyi üçün saxta, qondarma ittihamlarla, məni, 2011-ci ildə 12 il azadlığdan məhrum etdirdi. Nəhayət Aqil Əliyevin ( Aqil Əliyev 50%, mərhum Dəyanət Səlimovun 25% və mənim 25%) təsis etdiyi “EKO-SERVİS KO MMC”-nin 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlaklarını İlqar Əliyevin xəbəri olmadan onu adından isifadə edərək dolayısı ilə özgəninkiləşdirərək mənimsədi".

B.Abdullayevin yazdığına görə, İlham Məmmədov onu ilk dəfə mərhum Aqil Əliyevin yanına gətirən, Göyçaylı Rasimin də əmlaklarını məimsəyib. Belə ki, A.Əliyevin ən yaxin, etibarlı adamı kimi tanınan Rasimin iflic olmasından istifadə edərək, onun ailəsinin bütün əmlaklarını ələ keçirdiyinin bildirir.

B.Abdullayev məktubunda iddia edir ki, mətbuatda Riyad Əliyevin əleyhinə yazılar dərc etdirən də məhz İ.Məmmədov olub: “Qeyd edilir ki, Riyad Əliyevin əvvəllər də adı bir neçə qalmaqalda çəkilib. Diqqətinizə çatdırıram ki, Riyad Əliyevin adının qalmaqallarda hallandırılmasının səbəbkarı və baiskarı elə İlham Məmmədovun özü olub. Riyad Əliyevin ətrafında bütün təxribatlar İlham Məmmədov tərəfindən təşkil edilib. İlham Məmmədov var gücü ilə çalışırdı ki, Riyad Əliyevi ləkələsin, qohumlarının, əzizlərinin gözündən salsın”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //“AzPolitika.info”//






Fikirlər