İcra başçısı haqda cinayət işi açıla bilər? – “Oğurladıqlarını gizlətmək əvəzinə gözə soxurlar”

Niyazi Bayramovun oğlunun 2 milyonluq maşın kolleksiyası (FOTOLAR) - Busaat.az

Araşdırmaçı jurnalist Mehman Hüseynovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Hüseynovun oğlu Bəhram Bayramova məxsus, dəyəri iki milyon manatdan çox olan maşın kolleksiyasını ortaya çıxardığı “Youtube” videosu sosial şəbəkələrdə böyük səs-küy yaradıb. 

 

Bu kimi hallar dəfələrlə ortaya çıxıb. Məmur övladlarının bahalı həyat tərzi, valideynlərinin aldıqları əməkhaqqı ilə təzad təşkil edən var dövlətləri haqda mediada çoxsaylı faktlar açıqlanıb. Hətta Prezident İlham Əliyev dəfələrlə harın məmur övladları haqda xəbərdarlıq etsə də, görünən budur ki, heç nə dəyişməyib.

Maraqlıdır, bu faktı əsas götürərək hüquq-mühafizə orqanları icra başçısı haqda araşdırma apara bilərmi?

“Yeni Sabah”a danışan hüquqşünas Aslan İsmayılov deyir ki, bu minlərlə belə hallardan sadəcə biridir:

“Bu dəqiqə vəzifədə olan əksər məmurlar heç dünyada tanınmış oliqarxların görmədiyi var-dövlət toplayıb. Artıq onlar oğurladıqlarını gizlətmək əvəzinə gözə soxurlar. Qudurğanlıq baş alıb gedir. 

Bu bir hal deyil, yüzlərlə belə hal var və əlbəttə bunların hamısı araşdırma mövzusudur. 

Amma daha yaxşı olar ki, gəlirlərin deklarasiyası haqqında qanun işlənsin. Artıq 15 ildən artıqdır qanunun qəbul olmasına baxmayaraq, mafiyalar bu işin icrasına başlamağa imkan vermirlər. O qanunun icrasına başlamamış ölkədə oğru məmurların əlində qalacağıq”.

"AzerTaym.az"






Fikirlər