Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində (“Kapital bank” Əhmədli filialının qarşısı) yerləşən parkın ortasında restoran tikintisinə başlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin əməkdaşları bir müddət öncə həmin ərazidə çəkiliş aparıblar.
Belə ki, qısa zaman ərzində başlanılan restoran tikintisi artıq yekunlaşır. İçəridə təmir işləri gedir.
Ətrafdakı insanlar da həmin ərazidə restoranın tikilməsinə razı deyillər.
Bəs ərazidəki qanunsuz tikiliyə kim icazə verib?
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İH-dən Bakupost.az –a İctimaiyyətlə əlaqələr şöbəsinin nömrəsi verilsə də, zənglərimizi açan olmadı.
Görünür, parkın içindəki restoran tikintisinə İcra Hakimiyyəti özü xeyir-dua verib...