“Hamımız matəm içindəyik, Nadir Qafarzadənin tutduğu işə baxın bir....”
"Bu gün Türkiyədə olan zəlzələyə görə hamımız matəm içindəyik, matəmdən çıxa bilməmişik. Bu hadisə bizə çox pis təsir etdi. Mən də xalqın türk balasıyam. Türk balası olaraq mənim üçün böyük dərddir. Bu, mənim xalqımın soyqırımı oldu". Bunu tanınmış müğənni Əli Mirəliyev deyib. "Əgər kim deyirsə ki, türk hara, biz hara, çox böyük səhv edir. Deyən özü bilər, amma mən azərbaycanlıyam və köküm türkdür. Belə bir vaxtda Nadir Qafarzadənin tutduğu iş düz deyil. Nadir şıltaq balamızdır, amma düz etməyib. Gözləyərdi və başqa vaxta keçirərdi. Nadir yaxşı insandır. Hər bir yaxşı insanın da nöqsanı olur. Bu da onun üçün bir nöqsandır. O, yaxşı oğlandır, yaxşı müğənnidir. Amma heç düz etməyib!" /Demokrat.az