Akademiyada təftiş başlayıb: Sabiq rektor ölkəni tərk edib? (İDDİA)

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev 5 il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkilərində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.
Mənbə deyib ki, sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.
Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu bildirilir.

 






Fikirlər