“Bu təxribatların arxasında Rusiya dayanır” - Hərbi ekspert
"İstər şərti sərhədlərimizdə, istərsə də Qarabağda erməni təxribatları uzun müddətdir davam etməkdədir. Birmənalı olaraq, bu təxribatların arxasında Rusiya dayanır".
"AzerTaym.az" bildirir ki,bu fikirləri Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.
Hərbi ekspert bildirib ki, belə halda Azərbaycan həm öz təhlükəsizliyini təmin etmək adına, həm Qarabağda, həm də şərti sərhədlərimizdə genişmiqyaslı antiterror əməliyyatlarına başlamaq məcburiyyətində qala bilər:
"İndiyə qədər bir çox kiçikmiqyaslı antiterror əməliyyatları keçrilib ki, bununla da əldə olunmuş nailiyyətlər nəticəsində şərti sərhədlərimiz tam olaraq nəzarətə götürülmüş vəziyyətdədir. Buna baxmayaraq öz havadarlarından aldığı dəstəklə erməni terroristləri yenə də öz cəhdlərinə davam etməkdədirlər. Bütün bunları nəzərə alaraq antiterror əməliyyatlarının başladılması proqnazlaşdırıla bilər".