ÇÖRƏK UCUZLAŞDI: ÇÖRƏYİ bişirənlərin isə maaşı azaldı

 

647

 

 

 

 

Bir neçə gün əvvəl prezidentin göstərişi ilə Azərbaycanda unun qiyməti ucuzlaşdı.Bu qərar sahikarların ürəyincə olmasa da qiymətlər məcburən endirildi.Manatın devalvasiyasından sonra bütün çörək bişirmə zavodları bahalaşmanın qaçınılmaz olduğunu deyirdi və bunun da nəticəsi olaraq unun bir kisəsinin qiyməti 34 manatadək bahalaşmışdı.Məcburən qiymətləri endirən çörək zavodları ixtisarlara getməyi planlaşdırır. Bu barədə məlumatı musavat.com-a çörək istehsalı ilə məşğul olan sahibkarlar veriblər.Bakıda fəliyyət göstərən ən iri çörək zavodlarından olan “Bakıxanov Çörək Zavodu”nda artıq növbəti aydan etibarən işçilərin maaşlarının azaldılacağı deyilib. Zavod əməkdaşları bildirirlər ki, unun qiymətinin ucuzlaşmasından sonra rəhbərlik itirilən qazancı maaşların kəsilməsi ilə kompensasiya etmək istəyir.Unun qiymətinin ucuzlaşdırılması əksər iri zavodları çətin vəziyyətdə qoyub. Çıxış yolu axtaran sahibkarlar ilk çıxış yolunu ixtisar və maaşların azaldılmasında görürlər.Xatırladaq ki, prezident İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsi olaraq hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib

.(Azərtaym.az)

 






Fikirlər