DƏRİN özüllər zavodunda DƏRİN MAXİNASİYALAR -2 milyon dollarlıq...

DƏRİN özüllər zavodunda DƏRİN MAXİNASİYALAR-2 milyon dollarlıq...

Miq.az-a Cavadov Arif Səfiyar oğlu tərəfindən daxil olan Dərin Özillər zavodu ilə bağlı şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik:
"2013 ci ildə Prezidentin Xalqa müraciətindən ruhlanıb Dərin Özillər zavodunda fəaliyyət göstərən korupsioner qrupu ifşa etdim. Onların gizli anbarlarda saxladıqları 2.000.000 dollarlıq malı aşkar edildi. Bu mal və materialları dəfələrlə dövriyyəyə buraxmaqla malın dəyərindən dəfələrlə artıq pul qazanırdılar. Zavodun direktoru İxtiyar Axundov çıxışlarında düzgünlük və demokratik baxışlara malik olduğunu göstərməsinə baxmayaraq,  həmin qrupa himayədarlıq edirdi. Səbəbin yəqin ki, başa düşməyə cox ağıllı olmaq lazım deyil... 
Üç ay ərzində Seymur Hacıyevin gizlətdiyi mallar gizli anbardan siyahıya alındı və əsas anbara daşındı. İzi ört basdır etdikdən sonra represiya başlandı. Dekabr ayında məni işdən səbəbsiz qovdular. İxtiyar Axundova məktub yazdım ki, oğru qıraqda qalıb, məni niyə işdən qovursan, bəs dövlət başçısı da  xalqın belə cinayətlərdə aktivlik nümayiş etməsini tələb edir. Cavab ailmadım. 2014 -cü ilin yanvar ayında Azər adlı menecer mənimlə əlaqə saxlayıb görüşmək istəyini bildirdi. Yanvarın 25 də onunla zavoddakı ofisində görüşdim. Orda bir ay əvvəl İxtiyar Axundova sifarişli məktubumu göstərib dedi ki, bəs əbəs yerə yazmısan, gücün çatmayan işə girişmisən. Dedim ona ki, sifarişli məktubun 3 gün ərzində cavabı gəlməyəndə bildim ki, siz zəif qrup deyilsiz, amma göydə Allah, yerdə də portreti ofisinizdə asılan Prezident sizin öhdənizdən gələrlər. Bir daha qayıdıb dedi ki, gücün çatmayacaq. 
O vaxtdan bütün qurumlara yazıram - dövlət idarələrinə, Prezidentə, 49 dəfə Baş Prokurora, Energetika Nazirinə, MTN-ə, Daxili işlər nazirliyinə. Düz deyirdi xeyri yoxdur, gücüm də çatmır. Hər dəfə məktublarımı aidiyyatı üzrə Neft şirkətinə və ya Energetika Nazirliyinə göndərirlər. Onlardan da aldığım cavab o olub ki, həmin müəssədə korrupsiya hadisəsi yoxdur. İxtiyar Axundovun mənə cavabı o olub ki, onun rəhbərlik etdiyi müəssə SOCAR-ın nəzdində fəaliyyəti düz və korrupsiyasızdır. SOCAR –ın vitse prezidenti Mikayıl məllimin göndərdiyi məktubda isə BOSşelf-in SOCAR-ın nəzdində olmamasını göstərib və bildirib ki, bizim səlahiyyətimiz xaricindədilər. 
Bu nə özbaşnalıqdır, belə çıxır ki, sahəsinə görə dünyada ən iri dərin özillər zavodu kim tərəfindən mənimsənilibsə, Neft Şirkətinin xəbəri olmadan, indi də orda baş verən cinayətlər Azərbaycan qanunlarından kənardadır. 2015 noyabr ayında energetika nazirliyində hüquq şöbəsinin rəisi ilə görüşmişəm, saat yarım mənim bildiyim faktlar barəsində sorğu-sual edib və söz verib ki, cavab yazacaqlar. İndiyə qədər cavab almamışam. Prezident aparatında qəbullara yazılıb üç dövlət müşavirinin nümayəndələrinə məktublarımı təqdim etmişəm. Bunun da xeyri olmayıb. Azərin dediyi kimidir, gücüm çatmır..."
Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər