Bəxtiyar Vahabzadənin oğlundan MƏTBUATA ETİRAZ
“Təqaüd yaşındayam. Bu yaşda olan adam nə işlə məşğul olmalıdır ki! Evimdə oturmuşam, nəvərlərlə vaxt keçirirəm”. Azər Vahabzadə mətbuatın onunla maraqlanmasına etiraz edib. Qeyd edək ki, bu ilin aprelində baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə vəzifəsindən azad edilməklə təqaüdə göndərilib.
Bunu Modern.az-a açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş prokuror Azər Vahabzadə deyib.
“Nəyə görə mənim nə işləsə məşğul olmağımla bu qədər maraqlanırsız? Bu kimə lazımdır?! Qanunvericiliyin tələblərinə uyğun olaraq təqaüd vaxtımı yaşayıram. Bu yaşda ən yaxşı iş dincəlməkdir. Ona görə də mənim hansısa məşğuliyyətimin heç kimə aidiyyatı yoxdur. Həmçinin, məndən maraqlı və tanınmış insanlar var. Onların müsahibəsi, açıqlamaları daha çox lazımdır. Nə özüm, nə də başqaları haqqında danışmaq fikrim var”.