ABİD Şərifov "Sovetski"dəki söküntü və Akif Əlinin cəzalandırılması HAQDA

"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, “Sovetksi” adlanan ərazidə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait yaradılacağına inanmırdı: “Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insanlar üçündür”.

Baş nazirin müavini Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri Akif Əlinin cəzalandırılması ilə bağlı suala da cavab verib: Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”.

“Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”- deyə baş nazirin müavini əlavə edib.

Qeyd edək ki, Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadələr işlətmişdi.

Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar, o cümlədən Abid Şərifova istinadən, məlumatlar yayılmışdı.

AzerTaym.az






Fikirlər