ABİD Şərifov Akif Əliyə: Sən KİMSƏN ki...
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub. Baş nazirin müavini Abid Şərifov açıqlamasında məslədən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib. ”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir.Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli sən kimsən ki dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən? Sənin buna nə mənəvi haqqın var.Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım.Dövlət başçısı, birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib.Akif Əlinin bu açıqlamasını pisləyirəm.Çox biabırçı bir açıqlamadır”. Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb. “Üzr istəmək günahdan azad olmaq demək deyil.Akif Əli ilə mən özüm də danışacam.Onun cəzalanması və ya işdən çıxartmaq səlahiyyəti isə Baş Nazirə aiddir.Bu barədə danışdıqdan sonra qərar veriləcək.Belə açıqlama cəzasız qalmaz.Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəyinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir.”