Mirməhəmməd Seyidova qarşı “FETÖ” və PKK ittihamı

bitmap-img6

Araz.az xəbər portalına Sədərək Gömrük İdarısinin rəisi Mirməhəmməd Seyidov haqqında sensasiyalı məlumatlar daxil olmaqda davam edir

 

Sonuncu bir məlumatda bildirilir ki, PKK-nın gömrük bölgə sorumlusu Başkan ləqəbli Hamid adlı türk vətəndaşı Seyidovun yaxın dostu imiş.
 Bu şəxsin ölkəmizə girişi qadağan olsada 4 gün bundan öncə Sədərək gömrüyünə gəlmiş və Mirməhəmməd Seyidovla 3 saatlıq görüşü olmuşdur. Bunu gömrük kameralarında görmək mümkündür. Görüşdə Naxçıvandan Türkiyəyə keçən qaçaq yanacağın azalması və burdan daşınan narkotika, silah və digər qaçaq malların keçirilməsi eyni zamanda PKK üzvlərinin bu məntəqədən sərbəst keçirilməsinin biraz çətinləşməsi olub. Qeyd edək ki, bu məntəqə Azərbaycanla Türkiyə arasında terror təşkilatı üzvlərinin və sənədi olmayan eyni zamanda axtarışda olan şəxslərin keçidi üçün illərdir fəaliyyət göstərir. Bu müzakirəyə ehtiyac  Mirməhəmməd Seyidovun ailə dostu  İgdir Vilayətinin kaymakamı  İlhanın 1 ay öncə Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunandan sonra yaranıb. Kaymakamın gömrüyə təzyiqi əsasında istənilən qədər qaçaq mal keçirilirdi. Hamid bu qaçaqçılıqdan əldə etdiyi bütün gəlirlə PKK-nı maliyyələşdirir. Bununla bağlı Türk hökuməti Naxçıvana bir neçə dəfə irad bildirmiş Sədərək gömrüyündən yanacaq idxalına qadağa qoyulmuşdur. 3 ay bundan öncəsə Türk polisi tərəfindən Sədərəkdən Türkiyəyə qaçaq keçmiş 78 ton qırmızı ətin tutulması da Türk mediasını  silkələmişdi. Mirməhəmməd Hamidlə ona alıb verdiyi katel 060 540 95 88  nömrəli telefonla əlaqə saxlayır. Seyidov İğdir vilayətinin Kaymakamı İlhan və Hamidin vasitəsi ilə Naxçıvan tərəfdən rahatlıqla keçirdikləri qaçaq malları  türk gömrüyündən keçirirlər.
Naxçıvandakı  Sədərək gömrüyü uzun illərdir çox böyük miqyasda qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan kimi qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə yanacaq və digər qaçaqmalçılıqlar üçün əsas məntəqədir. Bu məntəqədə heç bir qanun işləməyib. Rüşvət verməyən iş adamlarının malları müsadirə olunub və şərlənərək həbs olunublar çıxdıqdan sonra Naxçıvandan  qaçmalı belə olublar. Sədərək gömrük idarəsi beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir. Dəqiqləşmiş məlumata əsasən Mirməhəmməd Seyidov " İğdir Turizm " firmasının sahibi Turqay  Arasla kirvə və ortaq olmaqla bərabər eyni zamanda onlarla şirkətə sahibdir. Məhz bu şirkətlər vasitəsi ilə qaçaq mallar daşınır. Bunlardan biridə Rza Zərrabın qızıllarının bu məntəqədən daşınmasıdır.
Qeyd edək ki dəqiqləşdirilmiş məlumata əsasən  Mirməhımməd Seyidovun qardaşı Binəqədi rayonunun sabiq prakroru Elşad Abdullayev işində adı hallanan və cinayət məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovdur. Mirələkbər Seyidov iki il sınaq müddəti olmaqla 7 il müddətinə azadlıqdan məhrum edilib. O Elşad Abdullayevi aldadaraq 700 000 $ almaqda ittiham olunub.

 






Fikirlər