Araz.az xəbər portalına Sədərək Gömrük İdarısinin rəisi Mirməhəmməd Seyidov haqqında sensasiyalı məlumatlar daxil olmaqda davam edir
Sonuncu bir məlumatda bildirilir ki, PKK-nın gömrük bölgə sorumlusu Başkan ləqəbli Hamid adlı türk vətəndaşı Seyidovun yaxın dostu imiş.
Bu şəxsin ölkəmizə girişi qadağan olsada 4 gün bundan öncə Sədərək gömrüyünə gəlmiş və Mirməhəmməd Seyidovla 3 saatlıq görüşü olmuşdur. Bunu gömrük kameralarında görmək mümkündür. Görüşdə Naxçıvandan Türkiyəyə keçən qaçaq yanacağın azalması və burdan daşınan narkotika, silah və digər qaçaq malların keçirilməsi eyni zamanda PKK üzvlərinin bu məntəqədən sərbəst keçirilməsinin biraz çətinləşməsi olub. Qeyd edək ki, bu məntəqə Azərbaycanla Türkiyə arasında terror təşkilatı üzvlərinin və sənədi olmayan eyni zamanda axtarışda olan şəxslərin keçidi üçün illərdir fəaliyyət göstərir. Bu müzakirəyə ehtiyac Mirməhəmməd Seyidovun ailə dostu İgdir Vilayətinin kaymakamı İlhanın 1 ay öncə Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunandan sonra yaranıb. Kaymakamın gömrüyə təzyiqi əsasında istənilən qədər qaçaq mal keçirilirdi. Hamid bu qaçaqçılıqdan əldə etdiyi bütün gəlirlə PKK-nı maliyyələşdirir. Bununla bağlı Türk hökuməti Naxçıvana bir neçə dəfə irad bildirmiş Sədərək gömrüyündən yanacaq idxalına qadağa qoyulmuşdur. 3 ay bundan öncəsə Türk polisi tərəfindən Sədərəkdən Türkiyəyə qaçaq keçmiş 78 ton qırmızı ətin tutulması da Türk mediasını silkələmişdi. Mirməhəmməd Hamidlə ona alıb verdiyi katel 060 540 95 88 nömrəli telefonla əlaqə saxlayır. Seyidov İğdir vilayətinin Kaymakamı İlhan və Hamidin vasitəsi ilə Naxçıvan tərəfdən rahatlıqla keçirdikləri qaçaq malları türk gömrüyündən keçirirlər.
Naxçıvandakı Sədərək gömrüyü uzun illərdir çox böyük miqyasda qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan kimi qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə yanacaq və digər qaçaqmalçılıqlar üçün əsas məntəqədir. Bu məntəqədə heç bir qanun işləməyib. Rüşvət verməyən iş adamlarının malları müsadirə olunub və şərlənərək həbs olunublar çıxdıqdan sonra Naxçıvandan qaçmalı belə olublar. Sədərək gömrük idarəsi beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir. Dəqiqləşmiş məlumata əsasən Mirməhəmməd Seyidov " İğdir Turizm " firmasının sahibi Turqay Arasla kirvə və ortaq olmaqla bərabər eyni zamanda onlarla şirkətə sahibdir. Məhz bu şirkətlər vasitəsi ilə qaçaq mallar daşınır. Bunlardan biridə Rza Zərrabın qızıllarının bu məntəqədən daşınmasıdır.
Qeyd edək ki dəqiqləşdirilmiş məlumata əsasən Mirməhımməd Seyidovun qardaşı Binəqədi rayonunun sabiq prakroru Elşad Abdullayev işində adı hallanan və cinayət məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovdur. Mirələkbər Seyidov iki il sınaq müddəti olmaqla 7 il müddətinə azadlıqdan məhrum edilib. O Elşad Abdullayevi aldadaraq 700 000 $ almaqda ittiham olunub.