“Mersedes”dən möcüzə avtomobil – Video

Şirkətin 2015-ci il üçün nəzərdə tutduğu avtomobil modeli hər kəsi təəccübləndirib. Belə ki, konsern özünün avanqard üslubda işlənmiş sürücüsüz avtomobilini təqdim edib.
Dörd nəfərin rahat yerləşəcəyi bu avtomobillər vahid mərkəzləşdirilmiş sistemdən idarə olunur və sərnişinin bütün komfortu nəzərə alınıb. Yan tərəfi bütünlüklə sensor olan bu avtomobil dayanacağı və qarşıya çıxan maneələri özü müəyyən edə bilir.
Ən müasir texnologiyadan istifadə olunaraq ərsəyə gələn bu avtomobillərin nə zaman satışa çıxarılacağı və qiyməti ilə bağlı hələlik məlumat verilmir.
