MARİXUANA YEYƏN QOYUNLAR KƏNDİ BİR-BİRİNƏ qatdı
İngiltərədəki Raydipendi kəndində marixuana yeyən qoyunlar kəndi bir-birinə qatıblar.
AzerTaym.az Qaynarinfo-a istinadən xəbər verir ki, kəndin icra nümayəndəsi Riçard hadisəni belə təsvir edib:
"Qoyunlar küçələrdə qaçışır, bağçalara girirdi. Hətta biri evə girərək pis vəziyyətə salıblar".
Qoyunların yaxınlıqda yerləşən və vaxtilə qeyri-qanuni fəaliyyət göstərmiş fabrikə aid marixuana qalıqlarını yedikləri təxmin edilir. Bu hadisədən sonra polisə müraciət edilib və qalıqların yox edilməsi tələb olunub.