«Qara dənizin rəngi dəyişir» - NASA alimləri BİLDİRİRLƏR

amerikan gemi qara deniz

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NASA alimləri bildirirlər ki, Qara dənizin rəngi dəyişir. 

«Aqua satellite» kosmik peykindən alınmış fotoşəkillərdən görünür ki, əvvəllər tutqun-göy rəngində olan dəniz fitoplanktonun kütləvi çoxalması nəticəsində indi firuzə rəngi alıb – dənizdə firuzə rəngli böyük ləkə diqqəti çəkir.

«Fox News»-un məlumatına görə, ən parlaq rəng çaları Rumıniya, Bolqarıstan və Ukrayna sahillərində qeydə alınıb.
Mütəxəssislərin məlumatına görə, əvvəllər kosmosdan çəkilmiş şəkillərdə Qara dəniz tutqun-göy rəngində olub. Rəngin dəyişməsi fitoplanktonun kütləvi axınının nəticəsidir. Bundan başqa, dənizin suyunda oksigenin miqdarı kəskin şəkildə azala bilər ki, bu da dəniz canlılarının kütləvi məhvinə gətirib çıxarar.
Məlumat üçün bildirək ki, fitoplanktolara birhüceyrəli yosunlar və sianobakteriyalar aiddir. Onlar Günəş işığı və suda həll olmuş qidalı maddələrlə qidalanırlar. Fitoplankton həm də molyuskalar və daha böyük balıqlar üçün qida rolunu oynayır.

 






Fikirlər