Rus səfir evində ÖLÜ TAPILIB
Rusiyanın Sudandakı səfiri öz iqamətgahında ölü olaraq tapılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, səfirin hovuzda üzərkən kəskin infarktdan öldüyü dəqiqləşib. Qeyd edək ki, 63 yaşlı səfir Mirqayas Şirinski 2013-cü ilin dekabrından bu postda idi.