Snayperləri Putinin köməkçisi yerləşdirib - Poroşenkodan sərt ittiham
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Putin bu barədə Rusiya telekanallarından birinin efirində bildirib.
«Bizim əlaqələrimiz qalır. Mən hərdən Ukrayna rəhbərliyinin açıq bəyanatlarına təəccüblənirəm. Məsələn, bir il əvvəl bizim administrasiyanın əməkdaşlarının Maydanda faciəli hadisələrdə iştirakı haqqında deyilənlərə. Bu, tamamilə cəfəngiyyatdır. Bu, həqiqətdən o qədər uzaqdır ki, belə fikirlərin haradan qaynaqlandığına təəccüblənirsən".
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın "Alfa" qrupu döyüşçülərinin ötən ilin fevralında Maydanda kütləvi qırğında iştirak etdiklərini bildirib. O, hətta Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun snayper qruplarının təşkilinə rəhbərlik etdiyini də iddia edib.