Vahid Ələkbərov Moskvanı ələ keçirir...

 

95119Moskvanın məşhur “Serebryannıy Bor”çimərliyi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib.ANS PRESS-in məlumatına görə, beləliklə, çimərliyi icarəyə götürmüş azərbaycanlı iş adamı, “Lukoyl” prezidenti Vahid Ələkbərov bütün prosedurları yerinə yetirdikdən sonra ərazini özəlləşdirə bilər.
Bu barədə Rusiya dövlət satınalmaları agentliyinin rəsmi saytında məlumat verilib. Saytda həmiçinin bu barədə bağlanmış dövlət müqaviləsi haqqında məlumat dərc edilib. Bu sənədə əsasən, “Serebryannıy Bor” çimərliyinin iki hektardan çox ərazisi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib. Ərazinin xüsusi qorunma siyahısından çıxarılması Moskva meriyasının 2015-ci il 30 iyun çıxardığı qətnaməyə əsasən gerçəkləşdirilib. Meriyadan vurğulanıb ki, parkın ümumi ərazisi zərər çəkməyəcək, çünki xüsusi status 2,8 hektar başqa sahələrə veriləcək.


“Serebryannıy Bor” çimərliyi.

Moskva şəhər əmlak departamentinin mətbuat xidməti xüsusi statusun çıxarılmasını indiyə qədər qorunan ərazidə “kənar istifadəçilərin özbaşına bağ və fərdi ev tikməsi” ilə izah edib. İlin sonuna kimi xüsusi qorunma statusundan çıxarılacaq ərazinin, demək olar ki, yarısı 0,97 hektarı Vahid Ələkbərovun uzunmüddətli icarəsindədir. Ələkbərov “Serebryannıy Bor” çimərliyini 2052-ci il iyulun 11-dək kirayələyib.


“Serebryannıy Bor” çimərliyi

“Lukoy”lun nümayəndəsi və Vahid Ələkbərov bu barədə yazılanlara heç bir şərh verməyib.


“Serebryannıy Bor” çimərliyi xəritədə.






Fikirlər