ABŞ NÜVƏ FƏLAKƏTİNİN BİR addımlığında... – 20 AY məxfiləşdirildi
ABŞ Hərbi Hava Qüvvələrinin üç hərbi qulluqçusunun yol verdiyi səhv nüvə döyüş başlığı ilə təchiz edilmiş raketin zədələnməsinə səbəb olub. Azərtaym.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə 2014-cü 17 may tarixində baş verib. Amma hadisə barədə məlumat yalnız yanvarın 22-də KİV-də çıxıb. Hərbi Hava Qüvvələrinin 90-cı raket hissəsinin 320-ci raket eskadronunun üç hərbi qulluqçusu “Minuteman III” qitələrarası ballistik raketə texniki xidmət göstərərkən onu zədələyib. Hərbi Hava Qüvvələrindən bildirilib ki, hadisəyə texniki heyətin peşəkarlığının lazımı səviyyədə olmaması səbəbi olub. Raketin təmiri isə 1,8 milyon dollara başa gəlib. Agentliyin məlumatına görə, hadisəni törədən hərbi qulluqçular nüvə silahı ilə işləməkdən məhrum edilib. Hadisə ilə bağlı araşdırmalar aparılıb. Amma olayın təfərrüatları açıqlanmayıb. Araşdırmanın nəticələri 2015-ci ilin noyabrında general Robin Randin əmri ilə məxfiləşdirilib.