BP 4 MİN NƏFƏRİ işdən çıxaracaq
Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 mlrd. dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 mlrd. dollar) nisbətən 51% azdır. Azərtaym.az AzVision.az-a istinadən xəbər verir ki, buna dünya bazarında neftin orta qiymətinin 10 illik minimumu yeniləməsi səbəb olub. Bundan başqa ötən ilin IV rübündə BP şirkətinin gəlirləri 91% azalıb.
"Bloomberg" agentliyi bildirib ki, bu il BP neft bazarındakı qeyri-stabilik səbəbindən 4 min işçisini ixtisar edəcək. Növbəti ilin sonuna kimi isə bu rəqəm 3 min təşkil edəcək.