Prezidenti TƏNQİD edən jurnalist yoxa çıxıb

ramzan_11472843533

Çeçenistanda politoloq və müstəqil jurnalist Ruslan Martaqov itib.

 Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, o, yoxa çıxmazdan əvvəl nazir Umarovun dəvəti ilə Çeçenistanın Mətbuat Nazirliyində olub.

O, vətənində Çeçenistanın rəhbəri Ramzan Kadırovun ardıcıl tənqidçisi kimi tanınır.
Məlumatda qeyd edilir ki, 66 yaşlı jurnalistə səhər nazirliyin qəbul otağından nazirin onunla şəxsən görüşmək istəyi ilə bağlı zəng gəlib. O, nazirlikdə gündüz saat 2-də olub, evə qayıdandan sonra daha bir zənglə onu yenidən oraya çağırıblar.
Onun qohumları ilə sonuncu əlaqəsi telefonla olub – maşından zəng vuraraq deyib ki, evindən naməlum istiqamətə hərəkət edir. Ancaq görüş yerinə getməyib, hər iki telefonu cavab vermir.
Politoloqla həmin gün ünsiyyətdə olan nazir müavini Said-Selim Abdulmuslimov deyib ki, Martaqovun nazir Umarovla söhbətindən sonra şəxsən özü onun üçün taksi çağırıb. Narahat olan qohumları bu haqda KİV-ə məlumat veriblər.
Martaqov 90-cı illərin əvvəllərində İçkeriya respublikasının rəhbəri Dudaevin siyasətinə qarşı mübarizə aparması ilə tanınıb. Jurnalist 1996-cı ildə Çeçenistanın mətbuat və informasiya naziri vəzifəsinin icraçısı olub. Kadırov hakimiyyətə gələndən sonra müxalifətçi çoxsaylı insan haqları pozuntusuna görə tənqid edib.






Fikirlər