“Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir

Картинки по запросу nar mobile

Mobil operator rominqdə 4G xidmətindən istifadənin mümkün olduğu ölkələrin sayını artırıb

 

“Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir. Belə ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra “Nar” istifadəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Cənubi Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rominq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.    
 Hazırda “Nar” rominq xidməti dünyanın 172 ölkəsində aktivdir. “Nar” operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.
 Rominq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

 






Fikirlər