UŞAQ QATİLİ Sərkisyanı öldürmək CİNAYƏT sayılarmı...

İki yaşlı Zəhranın güllələnmiş cəsədi və İrəvanın

“Azərbaycan xaricdə qətl həyata keçirmiş öz vətəndaşını ölkəyə gətirə və azadlığa buraxa bilər”

İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın Qarabağ münaqişəsi başlayandan azərbaycanlıların qətlində iştirak etdiyi hər kəsə bəllidir. Azərbaycanlılara qarşı Qarabağda əməliyyatlara rəhbərlik etdiyini, dinc azərbaycanlıları öldürdüyünü və öldürmək əmri verdiyini özü də indiyə qədər müsahibələrində etiraf edib. Serj Sərkisyan 25 il bundan əvvəlki cinayətlərini yenə davam etdirir. Dinc insanları, azərbaycanlı qadın və uşaqları qətlə yetirməkdədir.


İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə artilleriya zərbəsi endirmək əmrinin məhz Sərkisyandan gəldiyi şəksizdir. Deməli, artilleriya zərbəsinin qətlə yetirdiyi iki yaşlı azərbaycanlı körpə Zəhranın və 52 yaşlı azərbaycanlı qadının qatili də Serj Sərkisyandır.


Serj Sərkisyan ölümü əslində 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirəndən haqq edib. İki gün öncə iki yaşlı azərbaycanlı qızcığazı qətlə yetirməsi Serj Sərkisyanın öldürülməsini hər bir azərbaycanlı üçün bir borca çevirmiş oldu. Gələcəkdə hansısa xarici ölkədə, hansısa tədbirdə bir azərbaycanlı tərəfindən Serj Sərkisyan öldürülərsə, bunu hər kəs caninin haqq etdiyi ölüm saymalıdır.


Bəs Azərbaycan qanunları belə bir hadisə baş verərsə, Serj Sərkisyan kimi cinayətkarı öldürən şəxsi cinayətkar hesab edərmi? Əli azərbaycanlıların qanına batmış şəxsi öldürməkdəmi cinayət məsuliyyəti yaradır?


Vəkil Fariz Namazov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Serj Sərkisyan hansısa xarici ölkədə Azərbaycan vətəndaşı tərəfindən qətlə yetirilsə, şübhəsiz qətli həyata keçirən şəxs həmin ölkədə həbs olunacaq, ona cinayət işi açılacaq. Ermənistan isə onun prezidentini öldürən şəxsin məhz İrəvana ekstradisiyası üçün müraciət edəcək. Belə halda Azərbaycanın da hüququ var ki, qətli həyata keçirən vətəndaşını onun barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra təhvil alsın. Qətlin törədildiyi ölkənin məhkəməsinin hökmündən sonra Azərbaycanın öz vətəndaşının ekstradisiyasını istəmək hüququ var: “Bu hüquqdan istifadə edib ekstradisiyaya nail olunduqdan sonra həmin şəxsi ölkə prezidentinin əfv etmək və bu şəkildə azadlığa buraxmaq səlahiyyəti var. Ramil Səfərov variantı nümunəsi də var.


Serj Sərkisyan canidir, dinc azərbaycanlılara qarşı ağır cinayətlərdə iştirak etmiş birisidir. Amma Azərbaycanın Cinayət Məcəlləsində belə bir maddə yoxdur ki, cinayətkarı qətlə yetirmək cinayət məsuliyyəti yaratmır. Belə bir istisna Cinayət Məcəlləsində yoxdur. İstər günahsız insanı, istər canini qətlə yetirmək cinayət məsuliyyəti yaradır. Hər hansı bir şəxsin yaşamaq hüququnun əlindən alınması qanunda cinayət məsuliyyəti yaradır.


Bu ayrı məsələdir ki, əgər Serj Sərkisyan kimi canini bir azərbaycanlı xaricdə qətlə yetirsə, həmin vətəndaşa məhkəmə cəza kəsdikdən sonra ölkə prezidenti müstəsna səlahiyyətindən istifadə edərək onu əfv sərəncamı ilə azadlığa buraxdırsın. Bu hal mümkündür və qanun pozuntusu da deyil. Azərbaycan xaricdə qətl həyata keçirmiş öz vətəndaşını gətirmək üçün ona cinayət işi aça bilər və gətirib burada mühakimə edə bilər. Məhkəmə hökmündən sonra isə prezidentin əfvi ilə azad edilə bilər".


Serj Sərkisyan kimi canini cəhənnəmə vasil edən şəxsin barəsində hüququn nə deməsindən asılı olmayaraq Azərbaycan xalqı həmin şəxsi özünün qəhrəmanı adlandıracaq".

(musavat.com)






Fikirlər