Çingiz Qənizadə daha bir seçici etirazı ilə üzləşdi: "Qocalmısan..."-VİDEO

Çingiz Qənizadə daha bir seçici etirazı ilə üzləşdi:

80 saylı İmişli-Beyləqan seçki dairəsindən “özünü buraxan” deputatlığa namizəd Çingiz Qənizadəyə etirazlar davam etməkdədir.

Beyləqandan verilən məlumata görə ötən gün Beylqən rayonun Binnətli kəndində seçicilərlə görüşü zamanı kənd sakinləri Çingiz Qənizadəni qəzəblə qarşılayıblar. Baş verən insidentlə bağlı video da yayımlanıb. Videodan görünür ki, seçicilərin münasibətindən özünü itirən Ç. Qənizadə sakinlərin öyrədilmiş adamlar olduğunu dilə gətirərək ona edilən etirazlardan yayınmağa çalışır.
Qeyd edək ki, İmişli və Beyləqan kəndlərinin sakinləri Çingiz Qənizadənin yenidən namizəd olmasına narazılıq edirlər.
Videonu təqdim edirik:

(Azfakt.com)

 






Fikirlər