Makronun XAOS yaradacaq NATO PLANI - Avropa Ordusu ideyası REALLAŞACAQ?
“Böhran həll olunmazsa, əsas zərbəni NATO alacaq”. Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Taha Dağlı Makronun Afina-Ankara gərginliyində NATO-nu yıxma səylərindən bəhs edən yazısında qeyd edib. Daha əvvəl "NATO-da beyin ölümü baş verdi" deyən Makron, Almaniyanın gizli dəstəyi ilə "Avropa Ordusu" ideyasını irəli sürmüşdü. Publika.az Taha Dağlının məqaləsini təqdim edir: Yunanıstan NATO-nun həll təklifinə meyl göstərmir. Bəs bu nə deməkdir? NATO, Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi həll etmək üçün dövrəyə girdi, Yunanıstan bundan narahat oldu. NATO-nun planı siyasi danışıqlar deyil, iki tərəf arasındakı problemi xəritələrlə həll etmək üçün hərbi və texniki bir masa danışıqları keçirməkdir. Belə bir vəziyyətdə Türkiyənin mövqeyi çox güclüdür. Ortada adalar üzərindən verilən və Türkiyənin tezislərini bir çox cəhətdən haqlı hesab edən qanunlar var. Buna görə Yunanıstan danışıqlar masasında oturmaq istəmir. Şübhəsiz ki, Fransa Yunanıstanı bu masada oturmamağa təşviq edən tərəfdir. Hər ikisi gərginliyin maksimum dərəcədə artırılmasının tərəfdarıdır. Əslində, Türkiyənin ilk zərbəni viran tərəf olması üçün əllərindən gələn təxribatı edirlər. Bu çərçivədə NATO planı gərginliyin böyüməsindən əvvəl, onun qarşısını ala bilər. Türkiyə istər hərbi-texniki, istərsə də hansısa bir siyasi danışıqlara hər zaman açıqdır. Ancaq qarşı tərəf belə deyil... Yunanıstanın NATO-nun təklifindən boyun qaçırmasının əsas səbəbi Türkiyə tezisinin haqlı olmayacağından narahatlıqdır. İkinci və daha dərin səbəb isə Fransa ilə NATO arasında birbaşa problemlərdir. Türkiyə və Yunanıstan NATO-ya üzvdür. Bu səbəbdən, Avropa İttifaqının qarşısında bu məsələni həll etmək NATO-nun vəzifəsidir. Fransa isə bunu qətiyyən istəmir. NATO-nu danışıqlardan çıxarıb Türkiyəni bitbaşa Aİ-nin masasına oturtmaq istəyirlər. Makronun son 2 ildə etdiyi hərəkətlərə baxdıqda, NATO-nu hədəf aldığını açıq şəkildə görə bilərik. Əslində, NATO-ya qarşı "Avropa Ordusu" yaratmaq fikri Fransaya məxsus idi. Əlbəttə ki, Makron bu fikirdə tək deyil, Almaniya da ona dəstəkdir. Türkiyənin Liviya və Şərqi Aralıq dənizindəki fəaliyyətləri Makronu NATO-a qarşı daha da qaldırdı. Şərqi Aralıq dənizində "Türk gəmiləri bizi təhdid etdi" deyərək Ankaranı NATO-a şikayət etdi. Fransanın istəyi ilə aparılan araşdırma nəticəsində NATO, Fransanın tezislərinin əsassız olduğu qənaətinə gəlib. Əslində, bu nəticə Macron üçün sürpriz olmadı, sadəcə NATO ilə münasibətlərin dəyişməsi üçün bir bəhanə lazım idi. Növbəti addımında isə Makron Liviyadakı ruslarla ortaqlıq etdi. Hətta Afrikanın şimalında Rusiyaya iş birliyi belə təklif edib. Fransa Prezidenti şəxsən NATO-nun bir nömrəli təhdidi olan Rusiyanı Avropa qitəsinin cənub sərhədində - Afrikanın şimalında dəstəkləməyə başladı. Əlbətdə ki, bu vəziyyət Makronun Afrikadakı ambisiyalarını riskə atan ABŞ-ın diqqətindən yayınmadı. “CENTCOM” və “AFRICOM” son bir neçə ayda Fransanın Rusiya ilə əməkdaşlığını tənqid edərək bir çox hesabat yazıblar. ABŞ Dövlət Departamenti də bu vəziyyətə diqqət çəkib. Axı Makronun istəyi NATO-nu mümkün qədər daha çox problemə salmaqdır. Bu səbəbdən Türkiyə hər iki tərəfin döyüş əməliyyatları qarşısında birbaşa dayanmalıdır. Makronun Yunanıstan məsələsində də Türkiyə üzərindən NATO-nu nüfuzdan salmaq planları var. Bu baxımdan, Türkiyə-Yunanıstan böhranının həlli məsələsi NATO üçün əsas vəzifədir və çox ciddi bir imtahandır. NATO-nun bu sınaqdan keçə bilməyəcəyi təqdirdə, Makron açıq, arxasındakı gizli güc olan Almaniya isə üstüörtülü şəkildə təşkilatın varlığını daha çox sorğulayacaq.