Fransanın NATO üzvlüyü şübhəlidir - Türk deputatdan ŞOK!
Makron (Fransa Prezidenti) NATO-nun nə olduğu ilə bağlı dərs oxumalıdır. Axar.az xəbər verir ki, bu sözləri türkiyəli deputat, AKP-çi Barat Çonkar deyib. “Türkiyə elə bu məqamda NATO müttəfiqlərindən dəstək gözləyəcək mövqedədir. Bu, Türkiyənin ən hüquqi və suveren haqqıdır”, - deyə deputat bildirib. Deputat əlavə edib ki, Makronun məlum açıqlaması NATO-nun prinsip və dəyərlərinə ziddir: “Fransanın NATO üzvlüyü məsələsi şübhə altına alınmalıdır”.