“Qanunu pozanlara qarşı maksimum sərt hərəkət etmək niyyətindəyəm” - Yenilənib

“Qanunu pozanlara qarşı maksimum sərt hərəkət etmək niyyətindəyəm”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yaxın vaxtlarda Prezidentin müraciəti gözlənilir”, - deyə məlumatda qeyd olunub.

***

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil. Bu barədə Prezident Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib. Tokayev bu gündən etibarən sözügedən vəzifənin icrasına başladığını bildirib.

***

Tokayev paytaxt Nur-Sultanda olduğunu və heç yerə getmədiyini açıqlayıb: “Nə olursa-olsun, paytaxtda olacam. Xalqın yanında olmaq mənim konstitusion borcumdur” .

***

“Prezident kimi mən vətəndaşlarımızın təhlükəsizliyini və dincliyini qorumağa, Qazaxıstanın bütövlüyü barədə narahat olmağa borcluyam. Görülən tədbirlər çoxmillətli Qazaxıstanın rifahına yönəlib. Lakin bu tədbirlər hələ ki, kifayət etmir. Xuliqanlıq elementlərinin yüksək təşkilatlılığı diqqət cəlb edir”, - deyə Tokayev qeyd edib.

Onun sözlərinə görə, bu, maddi maraqlar naminə əlbir olan şəxslərin diqqətlə düşünülmüş hərəkət planıdır.

Tokayev qeyd edib ki, bu səbəbdən də həm dövlət başçısı və bu gündən Təhlükəsizlik Şurasının sədri kimi qanunu pozanlara qarşı maksimum sərt şəkildə hərəkət etmək niyyətindədir.

O bildirib ki, bu, ölkə vətəndaşlarının, dövlətin təhlükəsizlik məsələsidir: “Əminəm ki, xalq məni dəstəkləyəcək”. 

“Tezliklə Qazaxıstanın siyasi transformasiyası ilə bağlı yeni təkliflərlə çıxış edəcəm. Mən eyni ardıcıl islahatlar mövqeyində qalıram”, - deyə o söyləyib.






Fikirlər