Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin DOSYESİ...
Xəbər verdiyimiz kimi, dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
"AzerTaym.az" bildirir ki, 1975-ci il təvəllüdlü Fuad Vahid oğlu Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.
O, bundan əvvəl Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən metaləritmə zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.
Şura üzvlüyünə qədər isə “PAŞA Holdinq” MMC-nin əməkdaşı olaraq fəaliyyət göstərib.