Ermənilər QARABAĞa dönüş üçün Rusiyanın zəmanətinə etibar etmir... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Qondarma rejimin “hüquq müdafiəçisi” bu bəyanatlara mənfi münasibət bəsləyir, o, Rusiya rəsmilərinin ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsi ilə bağlı iddialarını manipulyasiya hesab edir...
Qarabağdan köçkün ermənilərin yalnız Rusiya tərəfinin zəmanəti ilə kollektiv repatriasiyası məqsədəuyğun deyil.
Moderator.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna(“Azatutyun”) açıqlamasında ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda sülənən qondarma “hüquq müdafiəçisi” Qegam Stepanyan söyləyib.
Son günlər Rusiya Azərbaycan tərəfi ilə erməni əhalisinin Qarabağa qayıtması perspektivlərini müzakirə etdiyini açıqlayıb və konkret olaraq mümkün geri dönüşün insanların “hüquqların və təhlükəsizliyin lazımi şəkildə müdafiəsi” fonunda həyata keçirilməli olduğunu bəyan edib.
Qondarma rejimin “hüquq müdafiəçisi” bu bəyanatlara mənfi münasibət bəsləyir, o, Rusiya rəsmilərinin ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsi ilə bağlı iddialarını manipulyasiya hesab edir.
“Rusiya sülhməramlı qoşunları öz yerində idi və ilk olaraq Rusiya sülhməramlı qoşunları 24 saatlıq döyüşlərdən sonra insanların real fiziki məhv təhlükəsi altında qaldığını bildi. Deməliyəm ki, gözlənti ondan ibarət idi ki, sülhməramlı qoşunlar bu etnik təmizləmələrə(guya-S.L.) birinci qiymət versinlər və bunu könüllü çıxarılma kimi qiymətləndirməsinlər”, - deyə Q. Stepanyan bildirib.
Azərbaycanın hücumu zamanı Rusiya "sülhməramlı"larının müşahidəçi statusunda olmasını Ermənistana gələndən təxminən bir ay sonra gorbagor “artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyan da iddia edib.
Rusiya əlavə təhlükəsizlik mexanizmləri təklif etsə belə, kollektiv repatriasiya, Stepanyanın fikrincə, yalnız güclü beynəlxalq təminat altında mümkündür. Qarabağdan didərgin düşmüş 100 mindən çox erməninin sağ-salamat geri qayıtması ilə bağlı Qərbdən də açıqlamalar var, lakin yenə də aydınlıq yoxdur.
“İstər BMT olsun, istərsə də beynəlxalq müstəvidə sülhməramlı və ya beynəlxalq təminatlar formalaşarsa, daha arzuolunan və daha yüksək təminat verilə bilər...Başqa sözlə, bu, hansısa konkret dövlətin və ya dövlətin ixtiyarında olmamalıdır. ”, - deyə qondarma “ombudsman”
Qarabağ ermənilərinin qaytarılması üzrə bu yaxınlarda yaradılmış komissiyanın üzvü olan Qeqam Stepanyan əmin edib ki, onların Rusiya-Azərbaycan müzakirələrindən xəbərləri yoxdur. Rəsmi İrəvanın bu prosesdə iştirak edib-etməyəcəyi və ya bu məsələdə öz rolunu necə təsəvvür etməsi ilə bağlı isə Xarici İşlər Nazirliyi hələlik cavab verməyib...