Qarlı küçələrdə QADINLARI KİM İŞLƏDİR? - FOTOLAR
“Qafqazinfo” xəbər verir ki, istifadəçilər şaxtalı havada qadınları işlətdiyinə görə əsas 2 qurumu ittiham ediblər: "Azəryolservis" ASC və Şəhər İcra Hakimiyyətləri. Hər iki qurumun nümayəndələri çıxışlarında qış fəslinə kifayət qədər texnika, maşın-mexanizmlərinin ayrıldığını bildirir, görüntülər isə...
Paytaxt ərazisində yolların qardan təmizlənməsinə qadınların cəlb edilməsi ilə bağlı iddialara ilk cavab verən "Azəryolservis" olub. Qurumun mətbuat katibi Anar Nəcəfli “Azəryolservis” işçi qüvvəsi kimi qadınlardan istifadə etmədiyini bəyan edib: “Bəzi xəbər saytları yolları qardan təmizləyən qadınların şəkillərini paylaşaraq heç bir aydınlaşdırma aparmadan nədənsə "Azəryolservis" ASC-nin yolların qardan təmizlənməsi üçün ayrılan texnika, maşın-mexanizmlərin sayı ilə bağlı yaydığı statistik məlumatları müqayisə edirlər. Bir daha deyirəm ki, "Azəryolservis" ASC-nin balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var. Yolların qardan təmizlənməsi üçün "Azəryolservis" ASC işçi qüvvəsi olaraq qadınlardan istifadə etmir!” Sözügedən qadınlar qar tamizləyən zaman fəaliyyət göstərdikləri MTK-nın adı yazılmış gödəkcələri geyinir. MTK-lar isə bu barədə danışmaq istəmədilər. Günel Hacı