Rauf Mirqədirov AZADLIGA buraxıldı — FOTO

Rauf Mirqədirov azadlığa buraxıldı — FOTO

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

 AzerTaym.az Report-a istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

  

 






Fikirlər