Azad Rəhimovun QARDAŞI oğluna VƏZİFƏ verilib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov  Müşahidə Şurasının üzvləri təyin olunublar.

Bəzi KİV-lər dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim etsə də, xəbər təsdiqlənmədi. Belə ki, deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.
Modern.az saytı Dövlət Reklam Agentliyi Müşahidə Şurasınnın sədrinin kimliyini dəqiqləşdirib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.






Fikirlər