Qərb Universitetinin Kolleci tələbə qəbulu ELAN EDİR
Qərb Universitetinin Kolleci 2017/2018-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.
Dizayn
Mühasibat uçotu
Maliyyə işi
Bank işi
Vergi və vergitutma
Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
Yer quruluşu və torpaq müfəttişliyi
Turizm və onun təşkili
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə
Poliqrafiya istehsalatının texnologiyaları
Qərb Universitetinin professor-müəllim heyəti, yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəyə sahib olan mütəxəssislər tərəfindən aparılan dərslər
Müasir tələblərə cavab verən, ən yeni təlim və tədris avadanlıqları ilə təchiz edilmiş, ixtisaslaşmış fənn kabinetləri və laboratoriyalar
Zəngin kitabxana
Qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrə təhsil haqqının ödənişində 10% güzəşt
Qərb Universitetinin Kollecini peşəkar mütəxəssis kimi yetişərək karyerasında uğur qazanmaq arzusunda olan gənclər üçün cəlbedici edir.
Kolleci əla qiymətlərlə bitirən məzunlar Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirdikdə müəyyən imtiyazlar əldə edəcəklər.
AzerTaym.az