AKP-li deputat azərbaycanlı REKTORU vəzifəsindən uzaqlaşdırdı

Azərbaycanda doğulan, qədim diyarımız Şuşada boya-başa çatan, Türkiyədə Giresun Universitetinin rektoru olan professor Aygün Attarı vəzifəsindən uzaqlaşdırıblar.

 AzerTaym.az-ın verdiyi xəbərə görə, bu gün baş tutan rektor seçkilərində ən çox səs toplayan namizədin Aygün Attar olmasına baxmayaraq, bölgədən deputat seçilən Nurettin Caniklinin təyin etdiyi şəxs rektor seçilib. 

Əslən şuşalı olan Aygün Attar 20 ildən artıqdır ki, Türkiyə vətəndaşıdır. Amma dəhşətli olanı odur ki, Türkiyə üçün, türkçülük üçün canını fəda edən Aygün Attarı rektorluqdan uzaqlaşdıran AKP erməni Etyen Mahçupyanı baş nazirin məsləhətçisi təyin etmişdi. 

Əslində qardaş Türkiyəmizdə nələrin baş verdiyi çox qalın, qaranlıq pərdələrlə örtülüdür. Eyni zamanda bu qaranlıq pərdələrin araxasında AKP-nin oynadığı bütün oyunların ideyası və nəticəsi bəllidir. Bəlli olan odur ki, nəticə heç də Türkiyənin xeyrinə olmayacaq.

Qeyd edək ki, araşdırmaları dünyanın ən nüfuzlu təhsil ocaqlarında dərslik kimi tədris olunan azərbaycanlı professor Aygün Attar Türkiyədə o qədər də tanınmayan Giresun Universitetini böyük zəhməti bahasına dünyanın nüfuzlu ali məktəblərinin siyahısına saldıra bilmişdi.
Seçimlərdə azərbaycanlı professorla rəqabət aparan Cevdet Coşkun 103, Aygün Attar isə 260 səs toplayıb. Amma sonda Cevdet Coşkun rektor seçilib. 

AKP-li deputat azərbaycanlı rektoru vəzifəsindən uzaqlaşdırdı



Bu ədalətsiz seçimin nəticəsi hər iki dövlətin haqsevər insanlarını narahat etdi.

15 ilə yaxındır ki, Türkiyədə yaşayan azərbaycanlı bu ədalətsizliyin yaşatdığı acını sosial şəbəkədə paylaşdığı statusunda belə ifadə edib:

"Giresun Üniversitesi'nde rektörlük ataması gerçekleşmiştir. Öncelikle belirtmek isterim ki, bu sonucu- Aygun Attar'ın en yüksek oy almasına rağmen, rektör olarak atanamamasını üzüntüyle karşılamaktayım. 

Aygün hoca, görev süresi boyunca Giresun Üniversitesi'nin gelişmesine büyük katkılarda bulunmuştur. Aynı zamanda Türkiye ve Azerbaycan ilişkilerini hayatının her alanında ön planda tutmuş. Aygün hoca için rektörlük makamı bir araçtı. Aygün hocamız hangi mevkide bulunacak olursa olsun hizmet ve ilkelerinden taviz vermeyeceğine inancımız tamdır.
Yanındayız Hocam!"

Giresun Universitetinin AKP seçən rektoru Cevdet Coşkun

AKP-li deputat azərbaycanlı rektoru vəzifəsindən uzaqlaşdırdı

 






Fikirlər