"DED XASAN"IN KILLERI BƏRAƏT ALDI

Kriminal aləmin xaç atası Ded Xasanın klanının killer qrupuna aid olduğu bildirilən Oleq Topolov məhkəmədə bəraət alıb.
"DED XASAN"IN KILLERI BƏRAƏT ALDI

2013-cü il mayın 7-də həbsxanadan qaçması ilə diqqətləri üzərinə cəlb edən O.Topolov “Rosbtormet” şirkətinin sahibi Yuri Zvezdoçkinin ölümündə təqsirləndirilib.

Azertaym.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, Rostov-Donda məhkəmə Topolova adıçəkilən cinayətdə iştirak etmədiyini bildirərək ona bəraət verib.

Topolovun vəkili İqor Gerasimovun sözlərinə görə, Topolovun günahlandırıldığı cinayətdə killerlər iş adamını və onun mühafizəçisini maşından çıxarkən güllələyib.

Bundan sonra Olqe Topolov iş adamının ölümündə təqsirləndirilərək həbs edilib. Tədqiqatçılar belə hesab edib ki, Oleq Topolov məşhur killerləri ətrafına toplayan Dmitri Lesnyakovun dəstəsinə daxil olub.

Son zamanlar isə bu qruplaşma Ded Xasanın klanının maraqlarını müdafiə etməyə başlayıb. İstintaq qrupu artıq 10 ildir ki, Dmitri Lesnyakovun killer dəstəsinin işini araşdırır və zaman-zaman dəstənin hansısa üzvü həbsə göndərilir.

Topolovun da işinə Moskvada baxılıb, ancaq daha sonra əsas işdən ayrılaraq, Rostova göndərilib. Məhkəmədə isə Topolova qarşı ittihamların əsasının olmadığı bəyan edilib. Topolov birbaşa məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Topolova qarşı saxlandığı istintaq təcridxanasından qaçdığına görə də ittiham irəli sürülüb. Ancaq onun bəraət alması ilə bu ittihamın da ləğv edilməsi gözlənilir.

Qaçdıqdan sonra Topolovun axtarışına 100 ən təcrübəli xəfiyyə cəlb edilib. Ancaq onun səhəri gün İzmayılovski parkında DİN-in iki əməkdaşı saxlayıb. Məlum olub ki, Topolov qaçdıqdan sonra getməyə yer tapmayıb və qaçdığı zaman ayağı burxulub. Topolovu saxladığına görə hər polis əməkdaşına 100 min rubl mükafat verilib






Fikirlər