Vidadi Zeynalov son 2 milyonu ödəsə azadlığa buraxıla bilər - Şok GİZLİNLƏR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə olan son 2 milyon borcunu ödədikdən sonra şərti azadlığa buraxıla bilər Bu barədə mötəbər mənbədən Ulus.Az-a məlumatda qeyd olunub. AzerTaym.az
Qaynağımızın sözlərinə görə, V.Zeynalov vurduğu ziyanın daha bir hissəsini ödəyib və 2 milyon qalıb. Qanun onun tam borcunu ödədikdən sonra şərti azadlığa çıxmasını təmin edir. Amma bu barədə siyasi qərarın olması da mühüm amildir.
Hakimiyyət kluarlarında hansı müzakirələrin getdiyi sirr olaraq qalır. Bəzi iddialara görə. Akif Çovdarovla Vidadi Zeynalovun şərti azadlığa buraxılmasını istəyənlər də var.
Ancaq bu şəxslərin həbsə saxlanacağı da gözləniləndir. Hər şey hökm anı bəlli olacaq. Ehtimal olunur ki, hakim V.Zeynalova az iş kəssin.
V.Zeynalovun vəkili Elxan Süleymanlı deyib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib.
V.Zeynalovun qalan borcu 2 milyondur. Bir neçə gün əvvəl V. Zeynalov vurulan ziyanla bağlı 2 milyon manat ödəyib.
Bundan əlavə, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.
Ulus.Az-a verilən məlumatda bildirilir ki, rabitə işində tutulan bu şəxslər şərti azadlığa çıxa bilər.
V.Zeynalovun son 2 milyon borcunu yaxın vaxtlarda dövlətə ödəyəcəyi xəbər verilir. Sabiq məmur mal-mülkünü satmağa hazırdır ki, təki azadlığa buraxılsın.
Dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Cəlil Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
İttihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.
Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.