BAKIDA 18 yaşlı GƏNC BIÇAQLANDI
Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma olub. Oxu.Az-a xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədkərimov Sənan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Zərərçəkən 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. S. Məmmədkərimov əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.