Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
"AzerTaym.az"-a qurumun mətbuat xidmətindən verilən məlumata görə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 229 №-li tam orta məktəbdə Nəsimi küçəsi 33, 39, M.X.Şərifli küçəsi 80 və 82 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.