Arif Qasımov Keşlə sakinləri ilə görüşüb - FOTO

Arif Qasımov Keşlə sakinləri ilə görüşüb

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 201 nömrəli tam orta məktəbdə Keşlə qəsəbə sakinləri ilə görüş keçirib.

“AzerTaym.az" bildirir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Sakinlərlə görüş zamanı Arıf Qasımov bu kimi görüşlərin mütəmadi keçirilməsində məqsədin sakinlərin qarşılaşdığı problemlərin öyrənilməsi və onların tez bir zamanda aradan qaldırılması olduğunu bildirib. Eyni zamanda, A.Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər və sakinləri narahat edən sosial problemlər, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov isə son vaxtlarda Bakı şəhərinin qəsəbələrində keçirilən görüşlərin əhəmiyyətindən və qaldırılan məsələlərin icrası barədə məlumat verib.

Çıxışlardan sonra, sakinlər qəsəbəyə işləyən marşrut xətt avtobuslarının fəaliyyətinin bərpası, içməli su ilə təminat, küçə işıqlarının bərpası, sosial müavinətlərin verilməsi, yolların asfaltlanması, məcburi köçkün kimi evlə təmin olunma, uşaq bağçalarına qəbul və işlə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.

Görüşdə edilən müraciətlər qeydiyyata alınıb, bəzi məsələlər yerində öz həlli tapıb, digərlərinin isə icrası nəzarət götürülərək aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

 









Fikirlər