Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO
Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb. Oxu.Az-ın verdiyi xəbərə görə, ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub. Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb. Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub. “Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb. Verilişin anonsunun “YouTube”da yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb. Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir.