ADU-nun tələbələri kirayə pulundan AZAD edildi
Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb. Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən "AzerTaym.az-a bildirilib ki, bununla əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən, ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.