AĞDAŞDA XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLDİ - Rüşvət alan daha bir yüksək vəzifəli TUTULDU

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub.

DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 






Fikirlər