Təkcə bir istiqamətdə 500 terroçu döyüşür – Ermənistan-PKK birliyinə dair daha bir FAKT

Təkcə bir istiqamətdə 500 terroçu döyüşür – Ermənistan-PKK birliyinə dair daha bir fakt

Ermənistan Qarabağda Azərbaycan tərəfdən terrorçu qrupların döyüşməsi barədə iddialarını davam etdirir. Lakin faktlar bunun əksini göstərir.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, cəbhə bölgəsinin təkcə bir istiqamətində 500 nəfərdən artıq terrorçu Ermənistan silahlı qüvvələrinin sıralarında savaşır. Bu barədə məlumatı Türkiyə mediası yayıb. Məlumatda bildirilir ki, terroçular əsasən PKK-üzvləridir. Erməni hərbi əsirlər də faktı təsdiq edir. Bildirilir ki, Ermənistan döyüşlərdə terrorçu qruplardan maksimum istifadə edir. Onların əhəmiyyətli hissəsi PKK-ya bağlı terrorçular olsa da, sıralarında Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülər də var. Bundan əlavə, bölgədə erməni terror təşkilatlarının üzvləri də var.

Məlumata görə, terroçu qruplar Qarabağa 27 sentyabrda başlayan yeni eskalasiyadan xeyli əvvəl yerləşdirilib.

Məlumat üçün deyək ki, münaqişə alovlanmamışdan qabaq Ermənistanın Qarabağda qanunsuz məskunlaşdırma apardığı məlum olmuşdu. Bakı dərhal buna reaksiya verərək Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində bölgəyə terrorçuları yerləşdirməsi barədə dünyanı xəbərdar etmişdi.

Bu arada Türkiyə mediası Azərbaycan Ordusunun döyüş taktikasına diqqət çəkib. Bildirilir ki, Azərbaycan hərbçiləri ənənəvi türk döyüş taktikası olan “aypara” (Turan taktikası) ilə Ermənistan silahlı qüvvələrini darmadağın edir. Ermənistan silahlı qüvvələrini 3 tərəfdən əhatəyə alan Azərbaycan Ordusu zəfərlə irəliləməkdə davam edir.   






Fikirlər