Lalə Azərtaşın verilişində yenə dava düşdü: Vəziroğlu şikayətçini döymək istədi - VİDEO
Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yenidən qalmaqal baş verib. Hadisə verilişdə ekspert qismində çıxış edən Anar Vəziroğlu və efirə gələn Zəminə adlı şikayətçi qadın arasında baş verib. Belə ki, tərəflər arasında mübahisəyə səbəb Anar Vəziroğlunun sözügedən qadını sərt tənqid etməsi olub. Onun şikayətçiyə " İmkan ver qadın sözünü desin, sən ona imkan vermirsən. Sənin ərin "piyanskədir", budur sənin ailən?!" - deməsi qadını özündən çıxarıb. O, su şüşəsini Anar Vəziroğlunun üzərinə atıb. Hiddətlənən ekspert şüşəni götürüb qadının üzərinə getsə də, mühafizəçilər ona mane olaraq studiyadan kənarlaşdırıb". Hadisəyə dərhal müdaxilə edən aparıcı Lalə Azərtaş bu olayı qınayıb: "Belə olmaz! Anar müəllim, çox xahiş edirəm, sakitləşin. Zəminə, belə olmaz, sən necə ekspertə su ata bilərsən, qadın?! Bura canlı efirdir. Olmaz! Milyonlarla insan bizi efirdən izləyir. Biz çözüm axtararkən siz nə edirsiniz?! Hörmətli ekspertlər, şikayətçilər, bu nə hörmətsizlikdir? Efirimi kəsək sizin üzünüzdən? Sizi milyonlarla insan izləyir. Ekspertə şüşə atmaq nədir?! Əgər sakitləşməsəniz efiri yarımçıq kəsməli olacağıq. Yetər qadın! Tamaşaçıya hörmət edək. Bura döyüş meydanı deyil, sakit!" Daha sonra Anar Vəziroğlu sakitləşərək ekspert kürsüsünə geri dönüb. Qeyd edək ki, bir müddət əvvəl Lalə Azərtaşın verilişində Anar Vəziroğlu ilə tanınmış vəkil Şəfiqə Nağıyeva arasında da buna bənzəər insident yaşanmışdı. Yenisabah.az Həmin anları təqdim edirik: