Sumqayıtda yataqxanada partlayış oldu ...

Sumqayıtda yataqxanada partlayış oldu

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. kapital bank vakansiya

Sakinlər binadan təxliyə ediliblər. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonunun partlaması göstərilir.

Faktla bağlı araşdırma aparılır.






Fikirlər