Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib. 
Məlumata görə, tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu "MediStyle Hospital"dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində "Əmək haqqı tələbi" üzrə iddia qaldırıb. 
İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. 
Ad - 00:14
Zəfər Hacı-Həsənli 
Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014 illər Mərkəzi Gömrük Hospitalında, 2014-ci ildən isə "MediStyle Hospital"da anestezioloq-reanimatoloq işləyib. 
Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi klinikada  uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur. /Qaynarinfo

 






Fikirlər