"Mən burda evdəki kimiyəm. Bura ilk dəfə gələnədə hələ "KVN Bakı" komandası vardı.
Biz şən və hazırcavablarla yarışırdıq, onda komandanızın kapitanı Yuli Qusman idi. Buna görə bu şəhərlə çoxlu xoş görüşüm olub”.
BakuPost.az xəbər verir ki, bu sözləri "Pole çudes" verilişinin məşhur siması Leonid Yakuboviç "Qarabağ” - "Samtredia” matçını izlədikdən sonra apasport.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakının möhtəşəm bulvarı, fenomenal binaları var: "Həsəd aparıram. Ümumiyyətlə, ətrafda hər şey əsrarəngizdir. Zövqlə yaradılıb, çox xoşuma gəlir”.
Aparıcı oyunda heç kimə azarkeşlik etmədiyini bildirib: "İstərdik ki, bu, incəsənət olsun. Mən gözəlliyi, peşəkarlığı sevirəm. İstəyirəm ki, oyun tribunalarda əyləşənlər üçün əla olsun.
Daha futbol matçı pul qazanmaq və stadionda qaçmaq olmasın. Bura çoxlu sayda insan gəlib ki, futbol izləsin, sevinsin, azarkeşlik etsin. Buna səbəb olmalıdı. Baxın, futbolçular əla oynayır”.