“BAVARİYA” çətin Madrid SƏFƏRİNDƏ
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir. “AzerTaym” xəbər verir ki, “Real” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı öz meydanında qəbul edəcək. İlk matçdakı hesaba görə İspaniya təmsilçisi üstün görünsə də, “Bavariya” finala çıxmaq üçün bütün imkanlarından istifadə etməyə çalışacaq. 1 may, saat 22:45 “Real” (İspaniya) – “Bavariya” (Almaniya) Baş hakim: Cüneyt Çakır (Türkiyə)